Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edib
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) günlərində İçərişəhər və Qala Qoruğu qonaqların ən çox ziyarət etdiyi və maraq göstərdiyi məkanlardan olub.
Oxu.Az xəbər verir ki, bu müddət ərzində İçərişəhər və Qala qoruqlarında fəaliyyət göstərən muzeylər, mədəniyyət ocaqları və turistik yerlər 12000-dən artıq yerli və xarici turist tərəfindən ziyarət edilib.
Muzeylərin xarici ölkələrdən olan ziyarətçiləri arasında başlıca yerləri Rusiya, Çin və Hindistan vətəndaşları alıblar. İçərişəhərin UNESCO-nun dünya əhəmiyyətli tarixi abidələr siyahısında olan Qız Qalası və Şirvanşahlar Sarayı, o cümlədən Sıratağlı Dini-Memarlıq Kompleksi, Bəylər məscidi və Yeraltı hamam turistlər tərəfindən ən çox ziyarət edilən yerlərdən olub.
Qala Qoruğunda isə qonaqlar, yalnız Abşeronun qədim tarixi və memarlıq abidələri ilə tanış olmaqla kifayətlənməyib, burada fəaliyyət göstərən "Tullantıdan Sənətə" muzeyi və Qurama sərgisinə də maraq göstəriblər.
"COP29" teqi üzrə xəbərlər
- Şirin Məlikova: "Əjdaha" ovlayırdım, alman dilerə ona görə ikiqat qiymət demişdilər"
- "Modern Diplomacy"də Ceyhun Osmanlının COP29-un nəticələrinə dair məqaləsi yayımlandı
- AZAL Bakıdan Sürixə müntəzəm uçuşlar həyata keçirməyi planlaşdırır
- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında könüllülərlə görüş olub
- Paytaxtın bəzi küçələrində təmir işləri YEKUNLAŞDI
Rəylər