Qəzadan iki il əvvəl şahzadə Diana avtomobil qəzasında öləcəyini proqnozlaşdırmışdı.
Bu barədə şahzadənin vəkil Viktor Mişkonla şəxsi görüşündən bəhs edən yeni “Diananın araşdırmaları” sənədli filminin məzmunu ilə tanış olan “Daily Beast”in jurnalistləri bildiriblər.
Məlumata görə, 1995-ci ildə, ölümündən iki il əvvəl Şahzadə Diana Viktordan “ağlında olanları söyləmək” üçün görüş istəyib. Söhbət zamanı şahzadə ona avtomobil qəzasında öləcəyini bildirib və qəzanın səhnələşdiriləcəyini vurğulayıb.
“Ya öləcəyəm, ya da ciddi şəkildə yaralanacam”, - deyə Diana xəbərdarlıq edib.
Şahzadə Diana qəzada öləcəyi barədə xəbərdarlıq etdi, amma polis... - VİDEO
Filmdə bildirilir ki, Mişkon qəzadan sonra Diana ilə görüşünün lent yazısını London polis komissarı Ser Pol Kondona verib, lakin o, bunu ictimaiyyətdən gizlədib.
Lent yazısının varlığı Kondon təqaüdə çıxanda və onun yerinə Con Stivens gələndən sonra məlum olub.
Mənbə: PageSix