Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Günəşdə Yerdən daha böyük maqnit halqaları peyda oldu
Günəşdə partlayışlar səbəbindən hündürlüyü Yerin ölçüsünü əhəmiyyətli dərəcədə aşan maqnit ilmələri müşahidə olunur. Onlar planetimizin sakinləri üçün təhlükə yaratmır.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın İrkutsk Dövlət Universitetinin professoru Sergey Yazev bildirib.
Onun sözlərinə görə, maqnit halqalarının hündürlüyü təxminən 200 min km-dir ki, bu da Yerin ölçüsündən qat-qat böyükdür.
Alim qeyd edib ki, Günəşdə maqnit halqaları kifayət qədər adi haldır. Onlar Yer kürəsinin sakinlərinə birbaşa təsir göstərmir.
"Günəş" teqi üzrə xəbərlər
Ən çox oxunanlar