Qəbələdə ictimai qayda pozuntusuna yol verdiyinə görə saxlanılan bloqer Fatimə Mövlamlı və ictimai fəal Nicat İsmayıl sərbəst buraxılıblar.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Qeyd olunub ki, onlarla profilaktik iş aparılıb və sərbəst buraxılıblar.
16:26
Bloqer Fatimə Mövlamlı və ictimai fəal Nicat İsmayıl Qəbələdə polis tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, ictimai yerdə nalayiq hərəkətlərə görə onlar polis şöbəsinə dəvət olunublar.
"İctimai qayda pozuntusuna yol verən həmin şəxslər barəsində qanunamüvafiq tədbir görüləcək", - məlumatda deyilir.