Binəqədi rayonunda bir qadının naməlum şəxs tərəfindən aldadılaraq 10 000 manat, 10 000 dollar və 500 avro pulunun alınması barədə polisə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən H.Ələkbərova saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Rəylər