Bakının Sabunçu rayonunda 24 yaşlı oğlan dava zamanı bıçaq xəsarəti alıb.
APA xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.
Belə ki, 2000-ci il təvəllüdlü Raid Nazim oğlu Mirzəyev dava zamanı bıçaqlanıb.
Yaralı yaxınlarının köməyi ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir.
Hazırda Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.
Rəylər