Ağcabədidə narkotiklərin satışında şübhəli bilinən şəxslər saxlanılıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Mirağa Süleymanov saxlanılıb. Həmin şəxs marixuananı tanışı Bəhruz Məmmədovdan aldığını bildirib. Davam etdirilən tədbirlərlə B.Məmmədov da saxlanılıb. Onun yaşadığı ünvandan çətənə bitkiləri və 5 kiloqramdan artıq marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Ağcabədidə narkotiklərin satışında şübhəli bilinən şəxslər saxlanılıblar.
Rəylər