Bərdədə qaynı tərəfindən baltalanaraq qətlə yetirilən 32 yaşlı Sədaqət İbrahimovanın görüntüsü yayılıb.
Qanlı hadisə azyaşlının gözü önündə törədilib.
Oxu.Az qaynı tərəfindən öldürülən qadının fotosunu təqdim edir:
Bərdə rayon prokurorluğundan verilən məlumata görə, bu gün saat 8 radələrində Bərdə rayonu, Kələntərli kəndi ərazisində 32 yaşlı Sədaqət İbrahimovanın öldürülməsi barədə məlumat daxil olub. Araşdırmalarla 29 yaşlı Azər İbrahimovun aralarında yaranmış mübahisə zamanı qardaşı arvadı Sədaqət İbrahimovaya kəsici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Oxu.Az "Trend"ə istinadən xəbər verir ki, qətli törətməkdə şübhəli bilinən Azər İbrahimovun atası Rəşid İbrahimov hadisənin bəzi təfərrüatlarını jurnalistlərə danışıb.
Onun sözlərinə görə, qanlı hadisə azyaşlının gözü önündə törədilib.
"Səhər-səhər idi, durdum. Gördüm oradan baltanı götürdü. Dedim yəqin gedir nəsə bir iş görməyə. Fikir vermədim. Sonra da balaca qız dedi ki, anamı öldürdü, anamı öldürdü. Girdim yanına, gördüm ki, baltalayıb. Onun epilepsiyası var idi. Məni də öldürəydi də, məni də vuraydı", - deyə Rəşid İbrahimov əlavə edib.
Qeyd edək ki, faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Azər İbrahimov iş üzrə şübhəli şəxs qismində tutulub.
Bərdədə baş verən qətlin bəzi detalları məlum olub.
"Report"un Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, qətli törətməkdə təqsirləndirilən Azər Rəşid oğlu İbrahimov epilepsiya xəstəsi olub.
Qardaşı ilə bir yerdə yaşayan A.İbrahimov xəstəliyi ilə əlaqədar olaraq evdə mütəmadi narahatlıq yaradırmış. Bu gün səhər ailə münaqişəsi zəminində baş verən mübahisə zamanı qardaşı arvadına balta ilə xəsarət yetirərək öldürüb.
Azər İbrahimov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Avqustun 5-də səhər saatlarında Bərdə rayonu Kələntərli kəndində 1991-ci təvəllüdlü Sədaqət Rauf qızı İbrahimovanın kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının qaynı, 1995-ci il təvəllüdlü Azər Rəşid oğlu İbrahimov polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Rəylər