"Yaşıl maliyyənin inkişaf etdirilməsi üçün üç istiqamət üzrə - yaşıl maliyyənin cəlb edilməsi, formalaşdırılması, iqtisadiyyata dövr etdirilməsi məsələlərini müzakirə etdik".
Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev deyib.
O bildirib ki, bütövlükdə iqlim dəyişmələri və yaşıl maliyyənin inkişaf etdirilməsi üçün bir sıra kanallar mövcuddur:
"İlk növbədə dövlət-özəl sektor əməkdaşlığı, ikincisi - banklar tərəfindən beynəlxalq təşkilatlardan vəsaitlərin cəlb edilməsi, üçüncüsü - bankların özü tərəfindən müvafiq şəkildə resursların cəlb edilməsi və iqtisadiyyata yönləndirilməsidir. Biz bu üç istiqamət üzrə - yaşıl maliyyənin cəlb edilməsi, formalaşdırılması və iqtisadiyyata dövr edilməsi məsələlərini müzakirə etmişik".
"Yaşıl maliyyənin inkişaf etdirilməsi üçün üç istiqamət üzrə - yaşıl maliyyənin cəlb edilməsi, formalaşdırılması, iqtisadiyyata dövr etdirilməsi məsələlərini müzakirə etdik".
Aygün Mirakif
Video: Cavid Mehdiyev