Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.
Məlumata görə, şuranın sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda SOCAR-ın 2024-cü ilin I yarısındakı fəaliyyətinin audit olunmuş nəticələri, şirkətin 2023-cü il üzrə audit olunmuş faktiki Əsas Səmərəlilik Göstəricilərinin (ƏSG) nəticələri, 2025-ci il üzrə büdcə proqnozları, Ətraf mühit, Sosial və İdarəetmə (ESG) hədəfləri, ESG reytinqi üzrə aparılmış tədqiqat nəticələri və digər məsələlər müzakirə olunub.