"Su iqlim təsirlərinin azaldılmasına imkan yaradır".
Oxu.Az xəbər verir ki, bunu BMT-nin Su və İqlim Dəyişikliyi üzrə ekspert qrupunun nümayəndəsi Nikolas Franke COP29 çərçivəsində "İqlim üçün su: Su həllərinin Milli Müəyyən edilmiş Töhfələrə (NDC) və Milli Uyğunlaşma Planlarına (MUP) inteqrasiyası. Biomüxtəliflik, su və iqlim zənciri" mövzusunda yüksəksəviyyəli dəyirmi masada deyib.
"Əvvəlki COP-da su qıtlığı və təhlükələri ilə bağlı konkret hədəfləri əhatə edən qlobal uyğunlaşma planı qəbul edilib. Lakin suyun iqlim dəyişikliklərinin təsirlərini azaltmadakı rolu hələ də kifayət qədər anlaşılmır, eləcə də bu aspektlərin Paris Sazişi çərçivəsində Milli Müəyyən edilən Töhfələrə (NDC) inteqrasiyasının zəruriliyi də. Ümid edirik ki, bu qeyd su ehtiyatları ilə iqlim dəyişikliklərinin təsirlərinin azaldılması arasındakı əlaqəni daha dərindən başa düşməyə və ölkələrin müvafiq tədbirlər hazırlayıb həyata keçirməsinə kömək edəcək".
Məhərrəm Əliyev