İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Koopmanla görüşüb.
Oxu.Az xəbər verir ki, Mikayıl Cabbarov bu barədə özünün "X" hesabında bildirib:
"Ölkəmizlə əməkdaşlığın prioritetlərini nəzərdən keçirdik. İqtisadi və investisiya sahələri üzrə potensial əməkdaşlıq imkanları istiqamətində səmərəli müzakirələrimiz oldu".
#COP29 (@COP29_AZ) çərçivəsində Avropa Komissiyasının qonşuluq və genişlənmə (@eu_near) danışıqları üzrə baş direktoru Gert Yan Koopman (@GertJanEU) ilə görüşdük. Ölkəmizlə əməkdaşlığın prioritetlərini nəzərdən keçirdik. #İqtisadi və #investisiya sahələri üzrə potensial… pic.twitter.com/DMgPoSfEDS
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 15, 2024