Dünya bazarında neft qiymətləri azalıb.
Belə ki, WTI markalı neftin iyul füçersləri 0,68% ucuzlaşaraq bir barelinin qiyməti 77,04 ABŞ dolları olub.
"Brent" markalı neftin iyul füçersləri isə 0,55% ucuzlaşaraq bir barelinin qiyməti 81,45 ABŞ dolları təşkil edib.
Mənbə: Bloomberg