"Sektorun xalis sıfır əməliyyatlarına keçidini təmin etmək üçün dövlət özəl tərəfdaşlıqları və təhlükəsiz maliyyələşdirməni gücləndirməlidir".
Oxu.Az xəbər verir ki, bu sözləri UNFCCC-nin Əməliyyatlar Koordinasiyası üzrə baş direktoru Çhaya Kapilaşrami COP29-da Turizm Günü çərçivəsində "Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü"ndə çıxışı zamanı deyib.
O bildirib ki, turizm birləşdirici qüvvədir:
"Bu bizi bütün planetlərin mədəniyyət və icmaların ilə əlaqələndirir. Həmçinin icmaların ətrafındakı təbii ekosistemlə əlaqələndirir".
Turizmin kiçik bir sahə olmadığını vurğulayan baş direktor onun ÜDM-in 9 faizini təşkil etdiyini söyləyib:
"Buna görə də turizmə arxalanan icmaların ekosistemlərini qoruduğumuzdan əmin olmalıyıq.
Bu gün biz xalis sıfır çevrilməsini tramplin kimi istifadə etməliyik ki, daha çox resurs səmərəliliyinə, davamlı hərəkətliliyə və tullantıların daha yaxşı idarə edilməsinə nail ola bilək. Sektorun xalis sıfır əməliyyatlarına keçidini təmin etmək üçün dövlət özəl tərəfdaşlıqlara və təhlükəsiz maliyyələşdirməni gücləndirməlidir.
Turizmin mərkəzində dayanan icmaların COVID-19 zamanı birlik nümayiş etdirdiyini xatırlamaq lazımdır. Onlar bu bəladan sovuşdular. İndi isə biz onların nəinki bərpası, həm də davamlı inkişaf etməsi üçün lazım olan resursları təmin etmək üçün birlikdə işləməliyik. Birlikdə hərəkət etməliyik ki, turizm iqlim böhranından sağ çıxmaqla yanaşı, həm də insanların, mədəniyyətlərin, planetin həyatı birləşdirici qüvvəsi olsun. Bu sektorda davamlılığı, ədaləti, bərabərliyi təcəssüm etdirsin".
Aygün Mirakif