Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanda yeni Vergi Məcəlləsi hazırlanır
"Azərbaycanda gələcək dövr üçün yeni Vergi Məcəlləsi üzərində iş aparılır".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin bu gün keçirilən iclasında bildirib.
"Bütün dəyişiklikləri özündə daha strukturlaşmış şəkildə əks etdirən, qanunvericiliyin birmənalı şəkildə tətbiqinə imkan verən daha sadə məcəlləni hazırlayıb təhvil verəcəyik", - deyə o qeyd edib.
"Vergi Məcəlləsi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar