Baham Adaları Birliyinin “Ekson Saus Kaspian Limited” (“Exxon South Caspian Limited”) şirkəti Azərbaycandakı filialını ləğv edir.
Vergilər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, şirkət bununla bağlı ləğvetmə komissiyası yaradıb.
Kreditorlar iki ay ərzində tələblərini şirkətin filialına ünvanlaya bilər.
Qeyd edək ki, “Exxon South Caspian Limited” ABŞ-ın “Exxon Corporation” neft-qaz korporasiyasına daxildir.