Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İlon Mask: “Belə nağılların sonu yaxşı qurtarmır”
Süni intellekt işləmək ehtiyacının əksər insanlar üçün yox olacağı zəngin cəmiyyətə yol aça bilər.
Bu barədə “SpaceX”, “Tesla” şirkətlərinin və “X” sosial şəbəkəsinin sahibi İlon Mask Böyük Britaniyanın Baş naziri Rişi Sunakla söhbətində bildirib.
Onun sözlərinə görə, süni intellektin mal və xidmət qıtlığının olmayacağı varlı bir cəmiyyətin yaranmasına bütövlükdə müsbət təsir göstərməsi potensialı var.
“Bununla belə, bu, bütün istəklərinizi həyata keçirə biləcək çıraqdakı cin problemini gündəmə gətirir. Belə nağıllar adətən pis bitir”, - deyə milyarder vurğulayıb.
“Elə bir zaman gələcək ki, iş istəyə bağlı olacaq. Siz şəxsi məmnuniyyət üçün işləyə biləcəksiniz, süni intellekt hər işi görəcək. Bilmirəm, bu fikir sizin üçün yaxşı, yoxsa pisdir, bunun yaxşı və pis tərəfləri də var”, - deyə o əlavə edib.
Mənbə: TASS
Rəylər