Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
UEFA Çempionlar Liqası: Pep Qvardiola qələbəni əldən verdikləri görüşdə üzünü cırdı
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola üç qolla üstün olub, sonradan qələbəni əldən verdikləri görüşdə özünə xəsarət yetirib.
Oxu.Az xəbər verir ki, UEFA Çempionlar Liqasının V turu çərçivəsində keçirilən "Mançester Siti" - "Feyenoord" qarşılaşmasından sonra onun üzündəki və başındakı cırmaq izləri diqqət çəkib.
Zədələrlə bağlı jurnalistin: "Yaralarınız var. Nə olub?" - sualına Qvardiola gülərək belə cavab verib:
"Dırnaqlarımla cırmışam. Özümə zərər vermək istəyirəm".
Xatırladaq ki, altı qolun vurulduğu görüşdə 3:3 hesablı heç-heçə qeydə alınıb.
Qeyd edək ki, bu qarşılaşmayadək "Mançester Siti" bütün yarışlarda beş oyun ardıcıl məğlubiyyətə uğrayıb.
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- Robert Levandovski Lionel Messi və Kriştianu Ronalduya çatıb
- UEFA Çempionlar Liqası: V tura doqquz görüşlə yekun vurulacaq
- ÇL: "Barselona" və "İnter" 3 xal qazandı, "Mançester Siti" qələbəyə həsrət qaldı
- UEFA Çempionlar Liqası: "Bavariya" PSJ-ni məğlub etdi
- Çempionlar Liqası: "Atletiko" səfərdə darmadağına imza atdı
Rəylər