Keçmiş futbolçu Andrey Şevçenko Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.
Ölkə yığmasının sabiq baş məşqçisi sakinlərə tibbi yardım göstərmək və Ukraynanı bərpa etmək üçün xeyriyyə platforması olan “United24”-ün fəaliyyətini müzakirə etmək üçün dövlət başçısının ofisinə baş çəkib.
Şevçenko platformanın ilk səfiri olub.
Qeyd edək ki, yeni platformaya dəstək üçün ilk tədbir iyunun 8-də Londonda xeyriyyə hərracı şəklində baş tutacaq.
Mənbə: sports.ru
Rəylər