"Qarabağ" klubunun 30 yaşlı təcrübəli qapıçısı Şahruddin Məhəmmədəliyev oktyabr ayında yaşıl meydanlara qayıdacaq.
"Report"a açıqlama verən təcrübəli qolkiper məşq sırasında zədələnərək sıradan çıxması barədə danışıb:
"Hər şey yaxşıdır, ağrılarım yoxdur. Sadəcə, məşq zamanı əlimdən zədə almışam. İnşallah, oktyabrdan məşqlərə qoşulacağam. Allaha şükürlər olsun ki, bu dəfə əməliyyat olunmadan sağalıram".
Qeyd edək ki, Ş.Məhəmmədəliyev ötən mövsümü Türkiyə Superliqa təmsilçisi "Adana Dəmirspor"un heyətində keçirib.
Rəylər