"Qarabağ" hücumçusu Hamidu Keyta ilə yollarını ayırıb.
Klubdan verilən məlumata görə, 29 yaşlı fransalı ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
2023-cü ilin yayından Ağdam təmsilçisində çıxış edən Keyta bu müddətdə 54 matça çıxıb və 9 qol vurub. O, Premyer Liqada 31 (7 qol), Azərbaycan Kubokunda 6 (2 qol), avrokuboklarda 17 oyun keçirib.
Hamidu Keyta "Qarabağ"la Azərbaycan çempionu və kubokunun qalibi olub.
"Qarabağ" hücumçusu ilə yollarını ayırıb
"Qarabağ" klubunun daha bir legioneri Hamidu Keyta Türkiyə Superliqasında çıxış edən "Konyaspor" klubuna keçir.
Oxu.Az xəbər verir ki, "Konyaspor" klubu 30 yaşlı futbolçu ilə ikiillik müqavilə imzalayacaq.
Hətta fransalı oyunçunun axşam saatlarında Konyada olacağı da vurğulanıb.
Qeyd edək ki, Hamidu Keyta 2023-cü ildə "Zirə"dən "Qarabağ"a keçib.
Xatırladaq ki, "Qarabağ"da çıxış edən digər legioner Adama Diakabi isə Türkiyənin "Bandırmaspor" klubuna keçib.
Rəylər