"Ötən il keçirilən Azərbaycan Qran-prisi də olduqca çətin idi".
Oxu.Az xəbər verir ki, bunu "Alpine" komandasının fransalı pilotu Pyer Qasli yarışöncəsi keçirilən mətbuat konfransında deyib.
"Monzada əldə olunan nəticəni yaxşılaşdırmağa çalışacağıq. Ümid edirəm ki, istənilən fürsətdən istifadə edə biləcəyəm. Monza Qran-prisi məyusedici və çətin keçmişdi. Bu həftəsonu keçiriləcək yarışlar da heç də asan görünmür", - deyə fransalı pilot qeyd edib.
Rəylər