Niderlandlı atlet Sifan Hassan uzun məsafəyə qaçış üzrə marafonda Olimpiya qızılını qazanan ilk qadın olub.
Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, avqustun 11-də idmançı marafonda 2 saat 22 dəqiqə 55 saniyə nəticə göstərərək olimpiya çempionu olub. O, 10.000 metr məsafədə Olimpiya rekordunu qırıb.
Əvvəlki nailiyyəti 2012-ci il Olimpiadasında efiopiyalı Tiki Qelane qazanmışdı (2 saat 23 dəqiqə 7 saniyə).
Qeyd edək ki, Hassan həm də 5 və 10 min metr məsafəyə qaçışda olimpiya çempionudur. O, bu məsafələri 2021-ci ildə baş tutan Tokio Olimpiadasında qazanıb. Paris Oyunlarında Hassan 5 və 10 minlik məsafələrdə bürünc medal qazanıb.
Rəylər