Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.
Oxu.Az xəbər verir ki, 97 kq çəki dərəcəsində yer alan idmançımız üçüncü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Murazi Mçelidze ilə üz-üzə gəlib.
Görüş təmsilçimizin 8:0 qələbəsi ilə yekunlaşıb. Bununla da M.Maqomedov ölkəmizin aktivinə növbəti bürünc medalı yazdırıb.
Qeyd edək ki, bununla da Paris-2024-də yer alan idmançılarımızın çıxışları başa çatıb.
Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.
Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedovun növbəti rəqibi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, 97 kiloqram çəki dərəcəsində yer alan idmançı bürünc medal uğrunda görüşdə Ukrayna təmsilçisi Murazi Mçelidze ilə üz-üzə gələcək.
Bürünc medal uğrunda qarşılaşmalar bu gün, Bakı vaxtı ilə saat 14:35-də başlayacaq.
Qeyd edək ki, Paris-2024 bu gün başa çatacaq.
Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarının sonuncu günündə Azərbaycanın bir təmsilçisi mübarizə aparacaq.
Oxu.Az xəbər verir ki, sərbəst güləşçimiz Maqomedxan Maqomedov bürünc medal uğrunda yarışacaq.
Onun rəqibi təsəlliverici qarşılaşmalardan sonra müəyyənləşəcək. Güləş yarışları saat 13:00-da start götürəcək.
Qeyd edək ki, Paris-2024-ün bağlanış mərasimi bu gün keçiriləcək. Yarışlarda indiyədək idmançılarımız Azərbaycanın aktivinə 6 medal yazdırmağı bacarıb. Cüdoçulardan Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedovla (58 kq) boksçu Alfonso Dominqes (92 kq) gümüş mükafat qazanıb. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kq) isə bürünc medala sahib çıxıb.
Rəylər