Dünyanın 500 klubunun qərarlaşdığı oktyabr ayının reytinq siyahısında qərarlaşan "Qarabağ" 60-cı olub.
Oxu.Az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri 174.75 xalla siyahının 60-cı pilləsində yerləşib.
UEFA Avropa Liqasının Liqa mərhələsində çıxış edən təmsilçimiz "Real Betis", "Feyenoord", "Leypziq", "Reyncers", "Ayaks", "Çelsi" "Napoli", "Vest Hem", "Ən-Nəsr", "Beşiktaş" kimi klubları qabaqlayıb.
Siyahıya dünyanın ən nəhəng klublarından sayılan "Real Madrid" başçılıq edir. "Kral" klubu aktivindəki 420 xalla bütün rəqiblərini üstələyir. "Mançester Siti" klubu isə 364 xalla ikinci pillədə qərarlaşıb.
İlk üçlüyü isə 119 il sonra Almaniya Bundesliqasında çempionluğunu elan edən "Bayer Leverkuzen" klubu qapayır. Xabi Alonsonun komandasının aktivində 362 xal var.
Rəylər