"Fənərbağça" Türkiyə Superliqasının 7-ci turunda səfərdə "Antalyaspor"a 2:0 hesabı ilə qalib gəlib.
Oxu.Az xəbər verir ki, İstanbul klubunun baş məşqçisi Joze Mourinyo matçda sarı vərəqə alıb.
Belə ki, 77-ci dəqiqədə 1:0 hesabı ilə "Fənərbağça"nın xeyrinə VAR sistemi tərəfindən Edin Cekin oyundankənar vəziyyətdə olduğu iddia edilən qolunu ləğv edib. Lakin oyuna təkrar baxıldıqda, 38 yaşlı bosniyalının düzgün mövqedə olduğu müəyyən edilib və VAR rəsmiləri səhv etmiş ola bilər.
Mourinyo lazımi görüntülərin olduğu noutbuku birbaşa televiziya kamerasının qarşısına qoyaraq bu məsələni sübut etmək qərarına gəlib ki, bu da dərhal canlı yayımda görünüb.
Portuqaliyalı məşqçiyə xəbərdarlıq etmək üçün hakimə məlumat verilib.
VAR-ın bu səhvi yenə də "Fənərbağça"nın liderliyini qorumasına mane olmayıb. Bir neçə dəqiqə sonra rəqib avtoqolla görüşə son qoyub.
Yeddi turdan sonra Mourinyonun komandası lider "Qalatasaray"dan 3 xal geri qalaraq, ikinci yerdə qərarlaşıb.
Rəylər