Türkiyə nəhəngi " Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardi qış transfer pəncərəsində klubu tərk edə bilər.
Oxu.Az Sporx.com-a istinadən xəbər verir ki, təcrübəli hücumçu "River Pleyt"in diqqət mərkəzindədir. Baş məşqçi Marselo Qallardonun istəyi ilə bu transfer işi davam edir. Tərəflər yanvar ayında yenidən mümkün keçidlə bağlı müzakirələr aparacaqlar.
Qeyd edək ki, İkardi 2022-ci ildən "Qalatasaray"ın şərəfini qoruyur.
Rəylər