Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Formula-1" üzrə Qətər Qran-prisində sprintin qalibi bəlli olub
"McLaren" komandasının avstraliyalı pilotu Oskar Piastri "Formula-1" üzrə Qətər Qran-prisində sprint yarışın qalibi olub.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Startdan sona qədər Piastrinin komanda yoldaşı britaniyalı Lando Norris yarışda liderlik edib, amma son metrlərdə Oskarı irəli buraxıb. Bununla Norris komanda yoldaşının San-Pauluda baş tutan əvvəlki sprintdə qələbəni ona hədiyyə etməsinə cavab verib. Digər britaniyalı sürücü, "Mercedes"dən Corc Rassell finiş xəttini üçüncü yerdə keçib.
Qətər Qran-prisinin əsas yarışı dekabrın 1-də baş tutacaq.
Qeyd edək ki, artıq mövsümün qalibi bəllidir. Bu, ardıcıl dördüncü dəfə dünya çempionu olan "Red Bull" komandasının pilotu Maks Ferstappendir. Amma Mühəndislər Kubokunda mübarizə davam edir və titul uğrunda "McLaren", "Ferrari" və "Red Bull" komandaları mübarizə aparırlar.
Rəylər