Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Dünya şahmat tacı: Beşinci oyun baş tutdu
Şahmat üzrə dünya çempionu adı uğrunda beşinci görüşdə hazırkı dünya çempionu çinli Din Lijenin iddiaçılar turnirinin qalibi hindistanlı Dommaracu Qukeşlə qarşılaşması davam edir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Sinqapurda keçirilən çempionluq matçının 5-ci partiyası bu gün baş tutub.
Qukeş ağ fiqurlarla, Lijen isə qara fiqurlarla oynayıb. Görüş heç-heçə başa çatıb.
Beşinci oyundan sonra hesab 2,5:2,5-dir. Altıncı oyun dekabrın 1-də keçiriləcək.
Qeyd edək ki, şahmat tacı uğrunda çempionluq matçı klassik tərzdə 14 oyundan ibarətdir. 14-cü oyuna qədər şahmatçılardan biri 7,5 xal toplasa, görüşün qalibi vaxtından əvvəl müəyyən edilə bilər. Heç-heçə olacağı təqdirdə, şahmatçılar dekabrın 13-də tay-breyk oynayacaqlar.
"Şahmat" teqi üzrə xəbərlər
- Dünya şahmat tacı: İlk oyunun qalibi məlum oldu
- FIDE-nin reytinq siyahısı tərtib olunub - Şəhriyar Məmmədyarov geriləyib
- FIDE-dən Rusiya və Belarus idmançıları ilə bağlı QƏRAR
- Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri son görüşünü keçiriblər
- Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri növbəti görüşlərini keçiriblər
Rəylər