Fransa millisinin baş məşqçisi Didye Deşam ötən gecə Avstriya yığması isə görüşdə 1:0 hesablı qələbəyə sevinərək rekorda imza atıb.
O, milli komanda ilə 100-cü qələbəsini qazanıb. Məlumata görə, təcrübəli mütəxəssis bu göstərici ilə Fransa millisinin məşqçisi olmuş Mixael İdalqo və Reymond Domeniki geridə qoyub (hər biri 41 qələbə)
Milli komandaları ilə qələbə qazanaraq rekord vuran baş məşqçilərin siyahısında isə Deşam üçüncü yerdə qərarlaşıb. İlk pilləni Almaniya yığması ilə Yoaxim Löv, ikinci pilləni Uruqvay millisi ilə Oskar Tabarez tutur.
Həmçinin, Deşam karyerası ərzində altıdan çox böyük turnirdə (üç dünya çempionatı, üç Avropa çempionatı) iştirak edən dördüncü avropalı məşqçi olub.
Digərləri:
Yoaxim Löv - yeddi, Almaniya (3+4),
Helmut Şön - altı, Almaniya (4+2),
Fernandu Santuş - altı, Yunanıstan və Portuqaliya ilə (3+3)
Mənbə: IFFHS.com
Rəylər