Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Barselona"nın yeni transferi mövsümün ikinci yarısını ehtiyat oyunçular skamyasında keçirəcək
"Barselona" klubunun "Leypziq"dən transfer etdiyi Dani Olmo mövsümün ikinci yarısında İspaniya La Liqasında çıxış edə bilməyəcək.
Oxu.Az Sportbild.bild.de-yə istinadən xəbər verir ki, "Kataloniyalılar" təcrübəli futbolçunun yalnız qış fasiləsinə kimi İspaniya La Liqasında çıxış etməsi üçün icazə ala biliblər.
İspaniya nəhənglərindən olan "Barselona" rəsmiləri futbolçunun mövsümün sonunadək oynaya bilməsi üçün çıxış yolu tapa bilməsələr, Dani Olmo qış fasiləsindən sonra görüşləri ehtiyat oyunçular skamyasından izləməli olacaq.
Qeyd edək ki, "Barselona" Dani Olmonu bu mövsüm Almaniyanın "Leypziq" klubundan 55 milyon avro qarşılığında transfer edib.
Rəylər