Kataloniya "Barselona"sı 21 yaşlı ispaniyalı "Atletik Bilbao"nun futbolçusu Niko Uilyamsı transfer etməyi planlaşdırır.
Məlumata görə, Kataloniya komandası İspaniya millisinin cinah oyunçusunu heyətinə qatmaq üçün 3 əsas oyunçusunu satacaq. Bunlara niderlandlı yarımmüdafiəçi Frenki de Yonq, braziliyalı vinger Rafinya və uruqvaylı mərkəz müdafiəçisi Ronald Arauxodur .
Daha əvvəl mətbuatda "Barselona"dan başqa, Londonun "Çelsi" klubunun da Niko Uilyamsı transferi etmək istədiyi bildirilmişdi.
Xatırladaq ki, cinah hücumçusu Bilbao "Atletik"inin heyətində bütün turnirlərdə 37 oyun keçirib, 8 qol vurub, 17 məhsuldar ötürmə edib. Futbolçunun İspaniya klubu ilə müqaviləsi 2027-ci il iyunun sonuna kimi qüvvədədir. "Transfermarkt" internet portalına görə futbolçunun təxmini dəyəri 60 milyon avrodur.
Kataloniya "Barselona"sı 21 yaşlı ispaniyalı "Atletik Bilbao"nun futbolçusu Niko Uilyamsı transfer etməyi planlaşdırır.
Mənbə: Championat.com
Rəylər