Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidentinin müşaviri, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin üzvü Cəlil Cəfərov avrokubokun final matçına təyinat alıb.
AVF-nin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, o, qadın voleybolçular arasında Çağırış Kubokunun həlledici matçında CEV rəsmisi olacaq.
C.Cəfərov Fransada yerli “Neptunes Nantes” və İtaliyanın “Igor Gorgonzola Novara” klublarının qarşılaşmasında CEV nümayəndəsi qismində hakimlərin və supervayzerin işini qiymətləndirəcək.
Görüşün ədalət təmsilçiləri monteneqrolu Yelena Mitroviç və polşalı Voytsex Maroszek olacaqlar. Matç fevralın 28-də keçiriləcək.
Qeyd edək ki, finalın ilk oyunu İtaliya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Rəylər