Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azarkeşlər "Qarabağ" və "Turan Tovuz"u ziyana salıblar
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İntizam Komitəsi "Turan Tovuz" və "Qarabağ" klublarını azarkeşlərə görə cəzalandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə komitənin iclasında qərar qəbul olunub.
Belə ki, Azərbaycan Premyer Liqasının XII turunda "Turan Tovuz" - "Qarabağ" oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Tovuz təmsilçisi 800 manat cərimə olunub.
Bundan başqa, "Turan Tovuz" azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə "Turan Tovuz" komandası 1500 manat cərimələnib.
"Qarabağ" klubunun azarkeşləri səkkiz ədəd oturacağı sındırdıqlarına görə stadiona dəymiş zərər Ağdam təmsilçisi tərəfindən ödənilməli olacaq.
Rəylər