Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qubada çirkab suları evlərin həyətinə doldu
İntensiv yağışlarla əlaqədar Quba rayonu, Alekseyevka kəndində bəzi ərazilər subasmaya məruz qalıb.
Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Quba rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
"FHN-in qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib".
Qubanın Alekseyevka kəndində küçədə kanalizasiya borusu zədələnib və nəticədə çirkab suları yaxınlıqdakı evlərin həyətlərinə dolub.
Bu barədə Bizim.Media-ya sakinlər məlumat veriblər.
Quba Rayon İcra Hakimiyyətinin başçısının Alekseyevka üzrə nümayəndəsi Mehman Mahmudov faktı təsdiqləyib.
O qeyd edib ki, hadisə güclü yağışlardan sonra baş verib.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Şimal regional mərkəzinin əməkdaşları həmin həyətlərdə təmizləmə işləri aparırlar.
"Yağışın fəsadları" teqi üzrə xəbərlər
- Şamaxıda çökən yolun düzəlməsi günəşli günlərə qaldı
- Şağan sakinləri yağışın fəsadları ilə üz-üzə: Bir ay keçsə də, vəziyyət dəyişməyib
- Bakıda məktəbin uçan hasarının inşası tarixi açıqlandı
- "Sabunçu tuneli"ni inşa edən şirkətdən açıqlama: "Ona qalsa, "Bağırov körpüsü"nə də su dolub"
- "Bağırov" körpüsündə yaranan subasma təhlükəsi aradan qaldırılıb - RƏSMİ
Rəylər