"Türkiyə Qara dəniz hövzəsinin hərbi əməliyyatlar arenasına çevrilməsinə icazə verməyəcək".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Yaşar Güler deyib.
"Türkiyə bu gün münaqişənin hər iki tərəfini (Rusiya və Ukrayna) yüksək səviyyəli danışıqlarda birləşdirə bilən yeganə ölkədir. Biz Qara dənizin strateji döyüşlər meydanına çevrilməsinə imkan verməyəcəyik", - deyə Gülər ABŞ-nin "Politico" jurnalına müsahibəsində bildirib.
Rəylər