Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Vərəm olduğunu gizlədən rusiyalı tərbiyəçi uşaq bağçasında epidemiyaya səbəb oldu
Rusiyada uşaq bağçalarının birində qorxunc hadisə baş verib.
Belə ki, 20 yaşlı tərbiyəçi uşaqları vərəmə yoluxdurub.
Bildirilib ki, Tıvada qadın vərəm xəstəliyini gizlədərək uşaq bağçasında işləməyə davam edib. Bunun nəticəsində uşaqlar arasında infeksiya yayılıb.
İlkin məlumatlara görə, azı doqquz uşaq bu təhlükəli xəstəliyə yoluxub. Hazırda onlar müalicə alırlar.
İşçi barəsində sanitariya-epidemioloji qaydalara əməl etməməyə görə cinayət işi açılıb.
Cinayət işi mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.
Mənbə: Lenta.ru
"Uşaq bağçası" teqi üzrə xəbərlər
- Bölgələrdə uşaq bağçalarının istilik sistemi var, ancaq işləmir
- Bakıda təhlükə mənbəyi olan bağça
- Daşkəsəndə uşaq bağçasından ŞİKAYƏT - "Körpələr soyuqdan donurlar"
- Nazirlik özəl bağçalarla bağlı qərar verdi: Proses necə həyata keçiriləcək?
- Emin Əmrullayev: "Uşaq bağçaları ilə bağlı alternativ modellər olacaq"
Ən çox oxunanlar