Uqandanı Paris Olimpiadasında təmsil edən yüngül atlet, iki gün əvvəl sevgilisi tərəfindən yandırılan Rebekka Çepteqei müalicə aldığı xəstəxanada vəfat edib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə idmançının müalicə aldığı xəstəxanadan məlumat verilib.
Məlumatda qeyd olunub ki, Rebekka Çepteqei xəstəxanaya qəbul edilərkən onun bədəninin 75%-i yanmış vəziyyətdə olub və həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Rəylər