Ukraynanın Xarkov şəhərinin əsasən Şevçenkovski və digər rayonlarına dünən növbəti dəfə ardıcıl hava hücumları olub.
Zərbələrin bir neçəsi şəhərdəki böyük ticarət mərkəzinə və ona bitişik supermarketə dəyib. Günorta saatlarında başlayan hücumlar axşama qədər davam edib. Vilayət administrasiyasından bildirilib ki, gün ərzində 60-a yaxın insan yaralanıb. Ümumilikdə ölənlərin sayı yeddi nəfərdir.
"Dağıntılar altında axtarış və xilasetmə işləri gedir, ölənlərin və yaralanların sayının artma ehtimalı yüksəkdir. Çünki hava hücumu zamanı təkcə ticarət mərkəzində təxminən 200-ə qədər adam olub", - məlumatda bildirilir.
Ətraflı Baku TV-nin süjetində:
Ukraynanın Xarkov şəhərinin əsasən Şevçenkovski və digər rayonlarına bu gün növbəti dəfə ardıcıl hava hücumları olub.