Ukrayna prezidenti Volodimir Zelenski milli komandanın sabiq futbolçusu və baş məşqçisi Andrey Şevçenkonun ştatdankənar müşavir vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.
Fərman Ukrayna prezidentinin ofisinin saytında dərc olunub.
Andrey Şevçenko Kiyev “Dinamo”, İtaliyanın “Milan” və İngiltərənin “Çelsi” klublarında hücumçu kimi çıxış edib. 2016-cı ilin iyulundan 2021-ci ilin avqustuna qədər Ukrayna millisinin məşqçisi olub. 2022-ci ilin fevralında o, İtaliyanın “Cenoa” klubundan ayrılıb.
Rəylər