Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Türkiyədə Yusuf Dikeçə bənzəyən robotlar hazırlandı
Türkiyənin Düzce vilayətində mühərrik ustası Murat Çetin Paris-2024 Yay Olimpiya Oyunlarında atıcılıq yarışlarında əli cibində gümüş medal qazanan türkiyəli atıcı Yusuf Dikeçin duruşunu təkrarlayan iki robot hazırlayıb.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, o, robotları avtomobil tullantılarından yığıb.
Qeyd edək ki, Murat Çetin daha əvvəl boyu iki metrə çatan, çəkisi 400 kiloqram olan xəyali döyüş qəhrəmanları, motosikletlər və məşhur personajların maketlərini hazırlayıb və tullantılardan 100-ə yaxın sənət əsəri yaradıb. Onun əsərləri Ankara, İstanbul kimi böyük şəhərlərdə və Türkiyənin bir çox vilayətində sərgilənib.
Hər biri təxminən 400 kiloqram ağırlığında olan və iki min tullantı hissəsindən təşkil olunan Yusuf Dikeç robotları Çetinin sosial şəbəkədəki izləyiciləri və əsərlərini görməyə gələnlər tərəfindən bəyənilib.
Ustanın sözlərinə görə, duruşu ilə dünyada məşhurlaşan Yusuf Dikeçin maketini düzəltmək fikri Ankaradakı sərgidə gündəmə gəlib və robotların hazırlanması 13 gün çəkib.
Rəylər