Türkiyədə daha bir avtobus qəzası baş verib.
Oxu.Az-ın İHA-ya istinadla verdiyi məlumata görə, bu dəfə hadisə Malatyanın Akçadağ rayonunda qeydə alınıb.
Bildirilir ki, sürücünün idarəetməni itirməsi nəticəsində sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılaraq aşıb. Hadisə nəticəsində azı 17 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qəza yerinə dərhal çoxsaylı təcili tibbi yardım briqadaları cəlb edilib. Yaralılar ilkin tibbi yardım aldıqdan sonra xəstəxanalara çatdırılıblar.
Hadisə ilə bağlı araşdırma başladılıb və qəzanın səbəbləri müəyyənləşdirilir.
Türkiyədə daha bir avtobus qəzası baş verib.
Türkiyənin Afyonkarahisar vilayətində avtobus qəzası baş verib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Anadolu" agentliyi xəbər yayıb.
Bildirilir ki, hələlik sürücüsü müəyyənləşdirilməyən sərnişin avtobusu yoldan çıxaraq aşıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım, yanğınsöndürmə və jandarm qüvvələri cəlb edilib.
İlkin məlumata görə, qəza nəticəsində avtobusdakı 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Afyonkarahisardakı xəstəxanalara çatdırılıb.
Türkiyədə daha bir avtobus qəzası baş verib.
Rəylər