Türkiyənin ATV kanalında yayımlanan "Müge Anlı ilə tatlı sert" verilişində 2019-cu ildə Qaziantepdə öldürülən 5 uşaq atası Cengiz Karademirin qətli ilə bağlı faktlar açıqlanıb.
Atasının ölümündən sonra Müge Anlıya müraciət edən və canlı yayımda iştirak edən Naime adlı qadın törətdiyi dəhşətli qətli etiraf edib.
Bu barədə Oxu.Az ATV.com.tr-yə istinadən xəbər verir.
"Anamın yanına gedəndə Şehmus da yanında idi. Anam əvvəlcə məndən evin açarlarını istədi. Atam o zaman 30 min lirə (1500 manata yaxın) təzminat almışdı, pulu oğurlayacaqlarını dedilər. Əvvəlcə qəbul etmədim, öz aralarında danışmağa başladılar, öldürəcəklərini dedilər. Şehmus evə girəcəyini dedi. Bu zaman qardaşım Samet gəldi. "Atan ölsün istəyirsənmi?" - deyə ondan soruşdular. Hamımız birlikdə yaşayacağıq dedilər. Samet "Ölsün" dedi, amma belə olacağını bilmirdi. Sonra Sameti çıxardılar, mən də qəbul etdim", - deyə qadın hadisə barədə danışıb.
"Mənə çəhrayı rəngdə yuxu dərmanı verdilər ki, toz halına salıb atama verim. Mən də yeməyinin içindəki qatığa qatıb verdim. Atam yemək yedikdən sonra yuxuya getdi. Şehmusda açar olduğu üçün evə girdi və atam bərk yuxuya gedənə qədər mənim otağımın qapısının arxasında gizləndi. "Atanı yastıqla boğacağam, sən də ayaqlarının üstünə otur ki, çırpınmasın", - deyə mənə göstəriş verdi. Mən qəbul etmədim, ağladım. Bu zaman atam oyanar deyə Şehmus qaçıb getdi. Anam da bu əsnada öz anasının - nənəmin yanında idi.
Üç gündən sonra yenidən cəhd etdik, amma bu dəfə orada olmağımı istəmədilər. Mən bu dəfə dərmanı atamın çayına qarışdırıb verdim və evdə qalmamaq üçün təravih namazına getdim. Mən evdən çıxanda Şehmus evə girdi. Atam qapının səsinə oyanıb və Şehmusla boğuşub. Şehmusun üzərində şapka, eynək və əlcək var idi. Hətta eynəyi sınmışdı, üzü də parçalanmışdı. Atam boğuşma zamanı huşunu itirib, Şehmus da əmin olmaq üçün evdəki 3 gözlü rozetka kabeli ilə boğub.
Şehmus mənə bunlar bir parkda danışdı, yanımızda heç kim yox idi", - deyə Naime bildirib.
Türkiyənin ATV kanalında yayımlanan "Müge Anlı ilə tatlı sert" verilişində 2019-cu ildə Qaziantepdə öldürülən 5 uşaq atası Cengiz Karademirin qətli ilə bağlı faktlar açıqlanıb.