Türkiyənin Bitlis vilayətinin Ahlat, Güroymak və Tatvan rayonları sərhədlərində yerləşən Nemrut Krateri Gölü ətrafında ac ayılar maşınlara hücum etməyə başlayıblar.
Bu barədə Oxu.Az IHA-ya istinadən xəbər verir.
Məlumata görə, təbii yaşayış yerlərindən uzaqlaşaraq insanlara yaxınlaşan ayılar bölgəyə gələn bəzi vətəndaşlar tərəfindən hazır bəslənməyə öyrəşiblər. Son zamanlar Nemrut Kalderası ətrafında tez-tez görünən bu ayılar sürü halında dolaşırlar və yemək tapmaq üçün yol kənarlarına enirlər.
Yaxınlıqdakı nəqliyyat vasitələrinin qarşısında dayanıb yemək tələb edən ayılar ziyarətçilərin marağına səbəb olsa da, bu vəziyyət təbii həyat şərtlərinin nizamına və heyvanların qidalanma vərdişlərinə mənfi təsir göstərə bilər.
Bildirilir ki, bəzi hallarda ayılar, hətta nəqliyyat vasitələrinə hücum edərək maşının içərisindəki qidaları əldə etməyə çalışırlar. Bu da həm heyvanların, həm də insanların təhlükəsizliyi üçün ciddi risklər yaradır.
Türkiyənin Bitlis vilayətinin Ahlat, Güroymak və Tatvan rayonları sərhədlərində yerləşən Nemrut Krateri Gölü ətrafında ac ayılar maşınlara hücum etməyə başlayıblar.
Rəylər