ABŞ-nin dövlət borcunu ödəmək üçün sadəcə olaraq kağıza tələb olunan məbləği kriptovalyutada yazmaq və borcun bağlandığını bəyan etmək olar.
Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu sözləri ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçicilərlə təkbətək görüşündə zarafat olaraq deyib.
Ağ Evin keçmiş rəhbərinin sözlərinə görə, o, sadəliyinə və lakonikliyinə görə bu variantı çox bəyənir.
"Bəlkə biz ABŞ-nin 35 trilyon dollarını kriptovalyuta ilə ödəyək. Mən kiçik bir kağız parçasına yazacağam: "35 trilyon dollar kriptovalyutada - bizim borcumuz yoxdur". Bu mənim xoşuma gəlir", - deyə Donald Tramp bildirib.
Rəylər