HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İranın Ali Milli Təhlükəsizlik şurasının fövqəladə iclası başlayıb.
Oxu.Az-ın "Reuters"ə istinadla verdiyi məlumata görə, tədbir ölkənin Ali Rəhbəri Ayətullah Əli Xameneinin iqamətgahında keçirilir.
Məlumata görə, iclasda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli zabitləri iştirak edirlər.
Xatırladaq ki, İsmayıl Haniyə İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra Tehranda iqamətgahına İsrailin hücumu nəticəsində öldürülüb.
Rəylər