Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Aston Martin" tarixində ən güclü və sürətli superkarı təqdim edib
"Aston Martin" 835 at gücü və 1000 Nm gücündə iki turbolu tarixdə ən güclü və sürətli mühərrikli avtomobilini təqdim edib (müqayisə üçün - "Ferrari 12Cilindri"də yalnız 830 at gücü var).
Oxu.Az bu barədə auto.ru-ya istinadən məlumat verir.
Bildirilib ki, mühərrik səkkizdiapazonlu avtomatik ötürmə qutusu və yüksək sürtünməli diferensialla tandemdə işləyir və təkər bazası daxilində, yəni ön oxun arxasında quraşdırılıb. Yeni arxa ötürücülü flaqman 60 mil/saat (96 km/saat) sürətə yalnız 3,2 saniyəyə çatacaq.
Yeni "Vanquish"in şassisi brendin digər modellərindən gücləndirilmiş stabilizatorları, yeni adaptiv "Bilstein DTX" amortizatorları, həmçinin yenidən kalibrlənmiş sükan gücləndirici və stabilləşdirici sistemləri ilə fərqlənir.
Bundan əlavə, "Vanquish" DBS ilə müqayisədə sərtliyi 75% artırılmış yeni gövdəyə sahibdir. Öndə 410 millimetr və arxada 360 millimetr ölçülü karbon-keramik əyləc diskləri nəzərdə tutulub. Təkərlər 21 düym (53 santimetr) diametrindədir.
İki növ qazları xaric etmə sistemi təklif olunur - paslanmayan polad və ya titan.
Məlumata görə, bu avtomobilin qiyməti 420 000 dollardan başlayacaq.
Rəylər