Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Tacikistanın şimalında zəlzələ oldu
Tacikistanın şimalında 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Potsdam Geoloji Elmlərin Tədqiqatı Mərkəzindən məlumat verilib.
Məlumata görə, yeraltı təkanların episentri Qırğızıstanla sərhədə yaxın ərazidə, 10 km dərinlikdə yerləşib.
İnsan ölümü və yaralanması, dağıntılar barədə məlumat yoxdur.
Yeraltı təkanların maqnitudası ilə bağlı hələlik rəsmi məlumat daxil olmayıb.
"Tacikistan" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər