Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Soçinin döyüşə yollanan keçmiş meri Ukraynada saxlanıldı
Ukraynadakı hərbi əməliyyatlar zonasına könüllü olaraq getmiş Soçi şəhərinin keçmiş meri Aleksey Kopayqorodski sentyabrın 25-nə keçən gecə Luqanskda saxlanılaraq Moskvaya aparılıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Kopayqorodskiyə qarşı istintaq aparılır. O, dövlət vəsaitinin səmərəsiz xərclənməsində ittiham edilir.
Bildirilir ki, onun evində axtarışlar edilib, həyat yoldaşı Anastasiya Qredina isə ifadə vermək üçün İstintaq Komitəsinə aparılıb.
2019-cu ildən Soçi şəhərinin meri vəzifəsində çalışan Aleksey Kopayqorodski 2024-cü ilin mayında istefa verib. Onun işdən çıxarılmasının başqa işə keçməsi ilə bağlı olduğu açıqlanıb. Krasnodar diyarının qubernatoru Venyamin Kondratyev Kopayqorodskinin istefası barədə məlumat verərək, onun yüksək peşəkarlığını qeyd edib və istefanın öz qərarı olduğunu vurğulayıb. Krasnodar diyarının keçmiş vitse-qubernatoru Andrey Proşunin yeni mer təyin edilib.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Finlandiyada qadınlar Rusiya ilə müharibəyə hazırlaşırlar
- 13 yaşlı rusiyalı qızın dəhşətli cinayəti: Bacılarını öldürməzdən əvvəl Cinayət Məcəlləsini oxuyub
- Almaniyadan Rusiya ilə müharibə üçün 1000 səhifəlik məxfi plan barədə RƏSMİ AÇIQLAMA
- Peskov: "Putin "sülh trayektoriyası"na giriş üçün təmaslara açıqdır"
- Rusiya İstintaq Komitəsi azərbaycanlı tələbələrin şüarlarında ekstremizm faktları aşkar etməyib
Rəylər