Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Seneqal Fransa ordusunun ölkədə olmasından narazıdır
Ölkənin suverenliyi anlayışı Seneqal ərazisində Fransa hərbi bazalarının mövcudluğu ilə bir araya sığmır.
Oxu.Az bu barədə AP agentliyinə istinadən xəbər verir.
"Seneqal müstəqil, suveren ölkədir və suverenlik hərbi bazaların mövcudluğuna imkan vermir", - deyə ölkə prezidenti Bassiru Diomay Fay Fransanın hərbi bazalarını nəzərdə tutaraq bildirib.
O, Seneqalın ABŞ, Türkiyə, Çin və Səudiyyə Ərəbistanı ilə yaxşı və konstruktiv münasibətlərini nümunə gətirib və sonra qeyd edib ki, bu ölkələrin Seneqalda hərbi bazaları yoxdur.
Fay, həmçinin bildirib ki, Seneqalın 80 il əvvəl Fransa ordusunun seneqallı hərbçilərə qarşı törətdiyi hərbi cinayətlərə görə Fransadan rəsmi üzr tələb etmək hüququ var. Seneqal keçmiş Fransa müstəmləkəsidir.
"Neokolonializmlə mübarizə" teqi üzrə xəbərlər
- Çad Fransa ilə müdafiə müqaviləsindən imtina etdi
- Afrika ölkələrinin nümayəndələri: "COP29-da gözləntilərimizdən də yüksək nəticələr gördük"
- Müstəmləkə ərazilərində nüvə sınaqlarına etiraz olaraq COP29 çərçivəsində aksiya təşkil edilib
- Azərbaycanın ada dövlətlərinə dəstəyi neokolonialistlərin kimyasını pozdu - "Kaspi"nin TƏHLİLİ
- Azərbaycan COP29-da Fransanın neokolonializm siyasətini İFŞA EDİR
Rəylər